ABŞ-ın Biverton şəhərində (Oreqon ştatı) kişi iki uşağını güllələyərək öldürüb, sonra intihar edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan kişi 6 yaşlı oğlu və 8 yaşlı qızını öldürüb, daha sonra özünü güllələyib.
Məlumata görə, kişinin və iki uşağın meyiti həyat yoldaşı tərəfindən aşkarlanıb.
Polis faktla bağlı araşdırma aparır.