<b>Aşura ərəfəsi ziyarətgaha hücum: 14 ölü, 30 yaralı</b>
11 oktyabr 2016 22:24 (UTC +04:00)

Aşura ərəfəsi ziyarətgaha hücum: 14 ölü, 30 yaralı

Kabildə silahlıların ziyarətgaha hücumu nəticəsində 14 nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan DİN-in açıqlamasında bildirilir.

 

Məlumata görə, polis formasında olan üç silahlı “Saha məqbərəsi” adlandırılan ziyarətgaha hücum edərək oradakı möminləri gülləbaran edib. Hücum zamanı silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb.  

 

Hücum zamanı rayon polis idarəsinin rəisi daxil olmaqla 30-dək şəxs yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar