“Taliban” silahlılarının Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücumu nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda vəziyyət nəzarətə götürülüb.
Bundan əvvəl konsulluğun qarşısında minalanmış avtomobilin partladılması və partlayışdan sonra atəş nəticəsində 2 nəfərin öldüyü, 84 nəfərin yaralandığı bildirilmişdi.
Alman diplomatlarının konsulluq üçün istifadə etdikləri “Mazar Hotel” otelinin qarşısında törədilən birinci partlayışın ardınca binanın daxilində ikinci güclü partlayış baş verib.
Hadisə yerinə NATO hərbçiləri cəlb olunub, otelin yaxınlığında atışma baş verib. Alyansın nümayəndəsi binanın ciddi zərər çəkdiyini bildirib.
“Taliban” nümayəndəsi hücumun ABŞ aviasiyasının Gündüz əyalətinə endirdiyi zərbələrə cavab olduğunu bildirib. Qeyd edək ki, noyabrın 3-də ABŞ aviasiyasının Gündüz əyalətinə endirdiyi zərbələr nəticəsində 30 dinc sakin ölüb.