![[b]ABŞ vətəndaşlarına çağırış etdi: bu ölkəyə səfər etməyin[/b]](https://lent.az/storage/news/2019/april/27/big/2d08c96d6df844c70cc5a45820f20fa7.jpg)
[b]ABŞ vətəndaşlarına çağırış etdi: bu ölkəyə səfər etməyin[/b]
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını terrorizmə görə Şri-Lankaya səfər etməməyə çağırıb.
ONA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Bəyanata əsasən, Dövlət Departamenti ABŞ hökuməti əməkdaşlarının bütün məktəb yaşlı ailə üzvlərinin ölkədən çıxarılmasını əmr edib.
“Terror qruplaşmaları Şri-Lankada hücumlar həyata keçirməyə dava edirlər. Terrorçular xəbərdarlıq etmədən turistik ərazilərə, nəqliyyat qovşaqlarına, bazarlara, ticarət mərkəzlərinə, hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, məbədlərə, parklara, idman və mədəniyyət tədbirlərinə, təhsil mərkəzlərinə, hava limanlarına, xəstəxanalara və digər ictimai yerlərə hücum edə bilərlər”, - deyə bəyanatda qeyd edilir.
Qeyd edək ki, son günlər Şri-Lankada törədilən silsilə terror hücumlarında 321-ə yaxın şəxs həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05