Rusiya və ABŞ arasında Suriyaya dair milli maraqlara cavab verən əlverişli sövdələşmə əldə olunmazsa, Rusiya təcrid edilə bilər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Ağ Evin nümayəndəsi Şon Spayser deyib.
“Milli maraqlarımıza cavab verməyən sövdələşməyə imza atmayacağıq. Bu halda Rusiya təcrid ediləcək”, - deyə o qeyd edib.