[b]ABŞ Rusiya ilə münasibətləri bərpa etmək istəyir [/b]
09 fevral 2018 03:18 (UTC +04:00)

[b]ABŞ Rusiya ilə münasibətləri bərpa etmək istəyir [/b]

0

ABŞ ümumi problemləri həll etmək üçün Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.  

 

“Mən deyərdim ki, ABŞ-Rusiya münasibətləri mürəkkəb və dolaşıqdır. Dövlət katibi münasibətlərin ən aşağı nöqtəyə düşdüyünü hələ keçən il bəyan etmişdi. Biz münasibətləri bərpa etmək istərdik. Çünki qarşılıqlı narahatçılıq doğuran bir çox sahələr mövcuddur.KXDR – onlardan biridir”, - deyə Hezer Nauert qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar