<b>ABŞ rəsmisi: “Suriyada əməliyyatı davam etdirməyə hazırıq”</b>
07 aprel 2017 22:40 (UTC +04:00)

ABŞ rəsmisi: “Suriyada əməliyyatı davam etdirməyə hazırıq”

“ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

 

“Amerika Birləşmiş Ştatları kimyəvi silahdan istifadə edilməsinə biganə qalmayacaq. Kimyəvi silahların yayılmasının qarşısını almaq ölkənin milli maraqlarına cavab verir. ABŞ dünən olduqca tarazlaşdırılmış addım atıb. Biz bundan artığını da etməyə hazırıq, lakin ümidvarıq ki, buna ehtiyac olmayacaq”, deyə N.Heyli bildirib.

 

O həmçinin Suriyanın hərəkətlərinə görə Rusiya və İranın məsuliyyət daşıdığını vurğulayıb: “Dünya Rusiyadan Əsəd rejiminə qarşı münasibətini dəyişməsini gözləyir. Güman edirik ki, Moskva ilə Tehran müttəfiqlərinə müvafiq təzyiq göstərəcəklər”.

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vladimir Safronkov isə ABŞ-ın hərbi əməliyyatını beynəlxalq hüququn pozulması və Suriyaya hücum kimi qiymətləndirib. Rəsmi Moskvanın “ABŞ-ın qeyri-legitim akt”ını qınadığını bildirən diplomat bəyan edib ki, əməliyyat regional və beynəlxalq sabitlik üçün təhlükədir.

 

Aprelin 7-ə gecə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub.

 

Qeyd edək ki, aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar