Donald Tramp administrasiyası ABŞ-ın iştirak etdiyi bütün ticarət sazişlərini yenidən nəzərdən keçirmək niyyətindir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev nümayəndəsi Şon Spayser bildirib.
“Biz bütün ticarət sazişlərini yenidən nəzərdən keçirmək niyyətindəyik... Biz onların Amerikanın və ABŞ fəhlələrinin maraqlarına cavab verib-vermədiyini yoxlayacağıq, əksər hallarda biz onları təkmilləşdirəcəyik”, - deyə Ağ Ev nümayəndəsi braziliyalı jurnalistin ABŞ-ın Braziliya ilə bağladığı ticarət sazişlərinə yenidən baxacağına dair suala cavabında bildirib.
“Bu hər-hansı konkret ölkəyə aid deyil. Sazişlərin qabaqcıl texnoloji nailiyyətlərə cavab verməsinə əmin olmaq üçün biz digər ölkələrlə də olan ticarət sazişlərini nəzərdən keçirəcəyik”, deyə Şon Spayser bildirərək, keçiriləcək yoxlamanın müddəti və mexanizmini açıqlamayıb.