<b>ABŞ-dan Krım Tatar Məclisi ilə bağlı</b> - <span style="color:red;">AÇIQLAMA
01 oktyabr 2016 07:00 (UTC +04:00)

ABŞ-dan Krım Tatar Məclisi ilə bağlı - AÇIQLAMA

Rəsmi Vaşinqton Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı Rusiya  Ali Məhkəməsinin qərarını tanımayacaq.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

 

“Biz Krım Tatar Məclisinin ekstremist təşkilatı kimi göstərilməsini rədd edirik və bu demokratik qurumun fəaliyyətinə qadağa qoyulmasını pisləyirik. Krımın işğalı davam etdikcə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Rusiya Krımı Ukraynaya qaytarmalıdır", deyə M.Toner bildirib.

 

Qeyd edək ki, sentyabrın 29-da Rusiya Ali Məhkəməsi Krım Tatar Məclisinin radikal təşkilat kimi tanınması və Rusiyada qadağan olunmasına dair  Krım Ali Məhkəməsinin qərarını təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar