[b]ABŞ-dan Gülənin ekstradisiyasına dair açıqlama [/b]
01 mart 2017 03:30 (UTC +04:00)

[b]ABŞ-dan Gülənin ekstradisiyasına dair açıqlama [/b]

ABŞ Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına dair Ankaranın təqdim edəcəyi istənilən materialı nəzərdən keçirməyə hazırdır. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Ədliyyə Nazirliyindən bildirilib.   

 

“Biz Türkiyə ilə bu məsələ üzərində işləməkdə davam edirik. Biz Türkiyə hökumətinin təqdim edə biləcəyi istənilən yeni materialları tədqiq  etməyə hazırıq”, - deyə nazirlikdən bildirilib. “Ekstradisiyaya dair qərar faktlar və ABŞ qanunvericiliyinin əsasında veriləcək”, - deyə qurumdan bildirilib.  

 

ABŞ Ədliyyə Nazirliyində Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun A. Gülənin Kanadada gizlənməsinə dair iddiasını şərh etməkdən imtina ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar