
NATO Qara dənizə girir – Bu gün QƏRAR veriləcək
NATO Qara dənizlə bağlı hazırladığı "tədbirlər paketi"ni açıqlayıb.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, NATO sözügedən planını Qara dənizdəki Ukrayna gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə reallaşdıracaq.
Bununla bağlı qərar bu gün Vaşinqtonda başlayan NATO xarici işlər nazirlərinin birgə keçiriləcək iclasında qərar qəbul edilə bilər.
Xatırladaq ki, Donald Tramp NATO baş katibi ilə danışıqlar zamanı Ukraynadan narahatlığını diqqətə çatdıraraq müvafiq müdafiə tədbirlərinin zəruriliyini vurğulamışdı.
ABŞ-ın alyans təmsilçisi Key Beyli Hatçhinson xarici jurnalistlər üçün keçirdiyi birifinqdə danışarkən qeyd edib ki, həqiqətən də belə bir qərarın gerçəkləşdirilməsi gündəmdədir:
"Bu, Qara dəniz bölgəsində hava razılaşmasının genişlənməsinə, o cümlədən hava kəşfiyyatını gücləndirəcək bir paketdir. Bir sözlə, məqsəd Ukrayna gəmilərinin təhlükəsiz şəkildə Kerç boğazından keçidini təmin etməkdir. Bunun üçün NATO ölkələri Qara dənizə daha çox gəmi göndərməsini təmin etmək niyyətindədir".
Bir sıra politoloqlar NATO-nun bu addımını yeni bir anti-Rusiya gedişi kimi qiymətləndirib.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09