<b>“Qafqaz İmarəti”nin Dağıstan üzrə başçısı məhv edilib</b>
04 dekabr 2016 07:26 (UTC +04:00)

“Qafqaz İmarəti”nin Dağıstan üzrə başçısı məhv edilib

0

Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.   

 

Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.

 

Polis və dinc sakinlər arasında yaralanan olmayıb.  

 

Rüstəm Aselderovun Rusiya ərazisində törədilə bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir.  R.Aselderov  Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb.  O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar