Misirdə “Müsəlman qardaşlar” hərəkatının liderlərindən biri Məhəmməd Kamal məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Daxili işlər nazirliyi açıqlama yayıb.
Bildirilir ki, M.Kamal hərəkatın hərbi qanadının rəhbəri olub. Onunla birgə daha bir hərəkat üzvünün də öldürüldüyü vurğulanır.
Xatırladaq ki, Misir “Müsəlman Qardaşları” hərəkatını terrorçu təşkilat elan edib.