<b>“Əl-Qaidə”nin  liderlərindən biri öldürüldü</b>
02 mart 2017 05:39 (UTC +04:00)

“Əl-Qaidə”nin liderlərindən biri öldürüldü

Suriyada “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun İdlib şəhəri yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatın zərbəsi nəticəsində öldürüldüyü bildirilir.

 

Məlumata əsasən, 59 yaşlı terrorçu “Əl-Qaidə” terror təşkilatının lideri Ayman Az-Zavaxirinin müavini, Üsamə ben Ladenin kürəkəni olub. Onun Suriyada “Cəbhət ən Nusra" terror qruplaşmasına dəstək verdiyi, 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə hücumun təşkilatçısı olduğu qeyd olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar