ABŞ Senatı Uilbur Rossun Ticarət nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib
APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, 79 yaşlı milyarderin namizədliyinin lehinə 72, əleyhinə isə 27 senator səs verib.
“Forbes” jurnalının məlumatına görə, U.Rossun şəxsi sərvəti 2,5 milyard dollar təşkil edir.
Bundan əvvəl Uilbur Ross namizədliyinin təsdiqlənəcəyi təqdirdə sərmayə biznesindəki payını satacağını bildirib.