«Səhrada fırtına»nın sərkərdəsi ölüb
28 dekabr 2012 07:23 (UTC +04:00)

«Səhrada fırtına»nın sərkərdəsi ölüb

Körfəz savaşa zamanı BMT-nin beynəlxalq ordusuna komandanlıq etmiş, ABŞ hərbçisi, general Norman Şvartskopf 78 yaşında, Florida ştatının Tampa şəhərində vəfat edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «fırtına Norman» kimi ad çıxarmış Şvartskopf 30 il öncə, 1991-ci ildə İraqın Küveytə hücumu zamanı ordu komandanı olub.

 

Məlumata əsasən, onun keçirdiyi mətbuat konfransları bir qayda olaraq, hay-küylü və qalmaqallı olurmuş, çünki general bu tədbirdə İraq lideri Səddam Hüseyni açıq-aşkar ələ salıb, gülürmüş.

 

Hərbi uğuru generalı məşhurlaşdırmışdı, bununla belə Səddam Hüseynin hakimiyyətdə saxlanılması şərti ilə atəşəsə razılaşması tənqid edilirdi.

 

Yeri gəlmişkən, qeyd edək ki, onun atası da general olub. Ata Şvratskopf 1946-cı ildə Tehrandan Təbrizə Azərbaycan Milli Hökumətini devirməyə gələn orduya başçılıq edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460
avatar

Oxşar yazılar