«Erik» qasırğası sürət yığır
07 iyul 2013 07:07 (UTC +04:00)

«Erik» qasırğası sürət yığır

Sakit okeanın şərqində yaranmış «Erik» qasırğası Meksikanın sahillərinə doğru sürət götürüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ-ın Qasırğanı müşahidə mərkəzi bu haqda xəbər yayıb.

 

Mənbə bildirib ki, hazırda «Erik» ölkənin Mansanilo şəhərindən 145 km cənubdadır və saatda 15 km sürətlə sahilboyu irəliləməkdədir. Onun mərkəzdəki ən yüksək sürəti saatda 110 km-dir.

 

Meksikanın Meteoroloji xidməti Oaxaka, Gerrero, Miçoakan, Kolima və xalisko  ştatalarının əhalisinə xəbərdarlıq edərək, bildiib ki, həmin bölgələrdə leysan yağışları, sürüşmə və güclü küləyin olacağı ehtimal edilir.

 

Bir müddət öncə ölkənin Qər sahillərində «Dalila» qasırğası yaranmışdı və iyulun 4-də öz gücünü itirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar