«əl-Cəzirə» jurnalistinin mal-mülkünə həbs qoyulub
19 fevral 2013 02:50 (UTC +04:00)

«əl-Cəzirə» jurnalistinin mal-mülkünə həbs qoyulub

Suriyadakı Əsəd rejimi Qatarın «əl-Cəzirə» telekanalının aparıcısı Feysal Kasimin əşyalarını müsadirə edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, «əl-İttijah əl-Mukais» («Əks tərədəki hərəkat») həftəlik verilişinin aparıcısıdır.

 

Dəmşqdəki hakimiyyəti idi edir ki, F.Kasim Suriyadakı terrorçu qruplar tərəfindən maliyyələşdirilir. Bundan başqa rejim onu «sabitliyin pozulması istiqamətində fəaliyyət göstərməkdə, vətəndaş müharibəsini qızışdırmaqda və təriqətlərarasında düşmənliyi yaymaqda» ittiham edib.

 

Kasimin Suriyadakı bütün daşınan və daşınmaz əmlakına, habelə Əs-Suveyda şəhəri ətrafındakı torpaq sahəsinə Dəməşqin Maliyyə Nazirliyinin qərarına uyğun olaraq, həbs qoyulub. Əsəd rejimi iddia edir ki, həmin torpaq sahəsindəki evdən «terrorçular (hakimiyyət müxalifəti belə adlandırır-red.) gizlənmək və partlayıcı qurğular düzəltmək üçün yararlanıb».

 

Ötən ilin martında Dəməşq «əl-Cəzirə», eləcə də Birləşmiş Ərəb Əmirliyindəki «Əl-Ərəbiyyə» telekanallarını Suriyada «terrorçuluq fəaliyyəti göstərməkdə» suçlamışdı.

 

Əsəd hakimiyyətinin iddiasına əsasən, Səudiyyə Ərəbistan və Qatar «terrorçu qruplaşmaları maliyyələşdirir».

# 462
avatar

Oxşar yazılar