Yunanıstan üzərindən keçəcək qaz borusunun tikintisi üzrə Rusiya-Avropa konsorsiumu 2 mlrd avro cəlb etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib.
“Rusiya-Avropa konsorsiumun qaz borusunun tikintisi üçün lazım olan 2 mlrd avro cəlb edə biləcəyinə heç bir şübhə yoxdur”, deyə o qeyd edib.
Miller bir neçə Avropa şirkətinin layihəyə maraq göstərdiyini qeyd edib.
“Qazprom” şirkətinin rəhbəri yeni qaz borusunun illik tədarük gücünün 47 mlrd. kubmetr həcmində olacağını qeyd edib: “Layihə Avropa qanunvericiliyinə uyğun şəkildə reallaşdırılacaq”.