Vyetnamda “Samsung” zavodunda kütləvi dava baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Baknin əyalətində yerləşən “Samsung Display” zavodunda qeydə alınıb.
“VnExpress” nəşrinin məlumatına görə, fəhlələrdən birinin müəssisənin mühafizə xidmətinin əməkdaşı ilə dalaşması münaqişəyə səbəb olub. Nəticədə zavodda yüzlərlə fəhlənin iştirakı ilə iğtişaşlar başlayıb.
İnsidentin səbəblərinə dair rəsmi açıqlama hələ də verilməyib.
Hadisə yerinə cəlb olunmuş polis qüvvələri işçilərin hamısını müəssisədən uzaqlaşdırıb.
“Samsung” korporasiyasının Vyetnam nümayəndəliyinin rəsmiləri şirkət və yerli işçilər arasında hər-hansı münaqişənin olmadığını iddia edirlər.
Məlumata görə, insident zamanı bir mühafizəçi xəsarət alıb, fəhlələrdən zərər çəkən olmayıb.