“Nörmand dördlüyü” ölkələrinin liderləri aralarında baş tutan telefon danışığı zamanı Donbasda növbəti atəşkəs rejiminin tətbiq edilməsini dəstəkləyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.
Məlumata görə, telefon danışığında Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Pyotr Poroşenko iştirak ediblər. Məlumat Kreml tərəfindən də təsdiqlənib.
“Liderlər yeni tədris ilinin başlanılması ilə əlaqədar Təmas Qrupunun avqustun 23-də növbəti atəşkəs rejiminin tətbiq edilməsinə dair qərarını dəstəkləyiblər”, - deyə birgə bəyanatda qeyd olunub.