“Maniy” qasırğası Yaponiyada dağıntı və ölümlərə yol açıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, sürəti saniyədə 35 metrə çatan, güclü küləklə müşahidə olunan “Maniy” qasırğası Xonsyu adasının cənub-qərbində və mərkəzində 274 evin qismən dağılmasına, 127 nəfərin yaralanmasına, 2 nəfərin ölməsinə səbəb olub.
Mobil əlaqədə problemlər yaranıb, 613 daxili aviareys ləğv olunub. Qasırğa Xonsyu adasının şimal-şərqinə doğru hərəkət edir. Meteoroloqlar qasırğanın Xokkaydo, o cümlədən Kuril adalarında dağıntılar törədəcəyini proqnozlaşdırırlar.