“Harvi” qasırğasının qurbanlarının sayı 70-ə çatdı
07 sentyabr 2017 00:39 (UTC +04:00)

“Harvi” qasırğasının qurbanlarının sayı 70-ə çatdı

0

ABŞ-ın Texas ştatında “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 60 nəfərin öldüyü, təqribən 20 nəfərin itkin düşdüyü bildirilirdi.

 

Texas ştatının qubernatoru Qreq Ebbot qasırğanın fəsadlarının aradan qaldırılmasına 150-180 milyard dollar vəsaitin tələb olunduğunu bildirib. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar