“Google” Trampa cavab verdi
17 mart 2019 18:30 (UTC +04:00)

“Google” Trampa cavab verdi

0
 
“Google” ABŞ prezidenti Donald Trampın ittihamına cavab verib.
 
ONA-nın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, D. Tramp bundan əvvəl “Google”-ni Çin və bu ölkənin ordusuna kömək etdiyini bildirib.
 
“Google”-nin mətbuat xidmətinin nümayəndəsi Vivian Salam isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Google” Çin hərbçiləri üçün çalışmır: “Biz ABŞ hökuməti üçün çalışırıq. Bura ABŞ Müdafiə Nazirliyi, kibertəhlükəsizlik, səhiyyə və digər sahələr də daxildir.  ”.
 
Qeyd edək ki, D. Tramp dünən “Twitter”-də yazmışdı ki, “Google” Çin və bu ölkənin ordusuna kömək edir, bu, qorxuludur: “Yaxşı xəbər isə odur ki, “Google”  Trampa yox, qeyri-dürüst Hillari Klintona kömək etdilər. Bundan nə ortaya çıxır?”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1024

Oxşar yazılar