Birləşmiş Ərəb Əmirliklərində nəşr edilən və geniş oxucu kütləsinə malik ərəb dilli gündəlik “Əl Fəcr” qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məqalə həsr edilib.
Lent.az-ın məlumatına görə, məqalədə Mehriban xanımın dövlət və ictimai xadim kimi fəaliyyəti, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafına, ölkənin mədəni irsinin qorunmasına, ölkəmizin dünyada müsbət imicinin yüksəldilməsinə və əhəmiyyətinin artırılmasına verdiyi böyük xidmətlər qeyd edilib, onun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrə toxunulub. Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi mədəniyyət, xeyriyyə və dünya mədəni irsi nümunələrinin bərpası layihələrindən danışan məqalədə Mehriban xanımın bu xidmətlərinə görə müxtəlif dövlət və beynəlxalq təşkilatlar tərəfindən təltif olunduğu yüksək adlar qeyd olunub, onun rəhbərliyi altında reallaşmış irimiqyaslı mədəniyyət və idman layihələrindən bəhs edilib.
Ərəb dilli qəzet Mehriban Əliyevanın Azərbaycanda, həmçinin bir çox digər ölkələrdə göstərdiyi xidmətlərə görə ölkəsinin beynəlxalq aləmdə müsbət imicinin artırılmasına verdiyi töhfələrin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini və onun yüksək vəzifəyə - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə layiq görüldüyünü, bunun da ona dərin rəğbət bəsləyən Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını qeyd etmişdir.
Məqalənin Azərbaycan dilinə tərcüməsi təqdim edilir. Elektron versiyası ilə aşağıdakı ünvanda tanış olmaq olar.