“F-16” qırıcılara görə ABŞ İraqı suçlayıb
02 iyul 2014 05:04 (UTC +04:00)

 “F-16” qırıcılara görə ABŞ İraqı suçlayıb

0

ABŞ Dövlət Departamentinin təmsilçisi Mari Harf İraq hakimiyyətinin Amerikanın “F-16” qırıcılarını almaqla bağlı müqavilənin icrasını gecikdirməkdə suçlayıb.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Vaşinqtonda keçirdiyi brifinqdə o, deyib: “Müqavilənin icrası ilə bağlı iraqlıların fəaliyyəti çox ləng olub”.

 

Onun sözlərinə görə, ABŞ qırıcıları İraqa “mümkün qədər tez vermək istəyir”. Bununla belə ABŞ ilk iki qırıcı İraqa yalnız bu ilin payızında tədarük edilə bilər. Çünki  iraqlı təyyarəçilərin təlim keçməsinə bir müddət vaxt sərf ediləcək.

 

Bir müddət öncə ABŞ-ın İraqdakı səfiri Lukman Fayl bildirmişdi ki, iyunda İraq Rusiyadan “Su-25” qırıcıları aldığı halda, Bağdad ABŞ-la müqavilənin icrasını ləngidir.

 

Xatırladaq ki, bir müddət öncə İraq ABŞ-dan 10 milyard dollardan artıq məbləğdə silah alıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1168

Oxşar yazılar