[b]“5G” texnologiyasının tətbiqi daha sürətli olacaq[/b]
29 aprel 2019 19:15 (UTC +04:00)

[b]“5G” texnologiyasının tətbiqi daha sürətli olacaq[/b]

“CCS Insight” analitiklərinin proqnozuna görə, “4G” mobil rabitə standartı ilə müqayisədə “5G” texnologiyası daha sürətli tətbiq olunacaq.
 
Lent.az ictnews-a istinadla xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ilədək dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötməlidir. Gözləntilərə görə, 2025-ci ildə “5G” qoşulmaların sayı 2,8 milyarda yaxınlaşacaq ki, bu da mobil qoşulmaların ümumi sayının 20%-ni təşkil edəcək.
 
Bir neçə mobil operator (ABŞ-ın “AT&T” və “Verizon”, Cənubi Koreyanın “SK Telecom”, “KT” və “LG Uplus” operatorları, həmçinin İsveçrənin “Swisscom” şirkəti) “5G” üzrə ilk kommersiya xidmətlərinin göstərilməsinə başlayıb. Lakin “CCS Insight” analitik şirkətinin nümayəndələri hesab edirlər ki, “5G” şəbəkələrinin genişmiqyaslı yayılmasına bir neçə il vaxt lazım olacaq.
 
“5G” standartının əsl tətbiqi 2020-ci ildə (aparıcı “Android” smartfon istehsalçıları yeni standartı dəstəkləyən modellər buraxacaqlar) başlanacaq. Bundan başqa, bu yaxınlarda “Apple” və “Qualcomm” arasında imzalanmış saziş 2020-ci ildə “5G” texnologiyasını dəstəkləyən “iPhone” istehsalına imkan verəcək ki, bu da sözügedən texnologiyanın yayılmasını sürətləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781
avatar

Oxşar yazılar