Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib
Yaponiyanın Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Sidzunay şəhərindən 46 kilometr şimal-şərqdə, 121,5 kilometr dərinlikdə yerli vaxtla 17:24-də qeydə alınıb.
Təbii fəlakət nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.
542