Yunanıstan Almaniyadan təzminat tələb edir. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Yunanıstanın baş naziri Alekssiz Çirplas ikinci dünya müharibəsi ilə əlaqədar gizli qalan təzminat məsələlərinin olduğunu iddia edib. Onun sözlərinə görə, 1953-cü ildə imzalanmış London müqaviləsinə görə, Almaniyan təzminat məsələlərini yerinə yetirməyib. Baş nazir bildirib ki, 1990-cı ildə yekun barış müqaviləsi bağlanmalı idi. Amma Almaniyanın iki yerə bölünməsindən sonra bu müqavilə imzalanmadı. Sonrakı illərdə Şərqi və Qərbi Almaniya birləşdiyindən təzminat məsələsinin hüquqi və siyasi əsasları yarandı. Amma alman hökuməti bu gündə dinmir, məsələnin vaxtını uzadır”.