Suriya İnsan Haqqları təşkilatı İŞİD silahlılarının Rakka şəhəri qəsəbəsi yaxınlığında qırıcı təyyarə vurduğunu açıqlayıb. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, qırıcının pilotunun İordaniyadan olduğu iddia edilir.
Bildirilir ki, İŞİD həm də İraqda ən böyük neft yataqlarının olduğu Beyci qəsəbəsində hücuma hazırlaşan hərbçiləri tələyə salıb. Terror təşkilatı həmin əməliyyatın fotolarını sosial şəbəkələrdə paylaşıb. Fotolardan orta və kiçik çaplı silahlarla hədəfə alınan İraq əsgərlərindən ən azı 10-nun öldürüldüyü məlum olur.