Rusiyanın İrkutsk şəhərində spirt tərkibli ”Boyarışnik” içkisindən zəhərlənərək ölənlərlə bağlı 13 nəfər həbs edilib, onlardan 5-i azərbaycanlıdır. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onların hamısı barədə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, onlardan 3 nəfəri müstəntiqlərə ifadə verə bilmir. Buna səbəb isə onların rus dilini bilməməsidir.
Hazırda yerli diaspora onları tərcüməçiylə təmin etməyə çalışır.
Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Nəticədə 76 nəfər vəfat edib.