Vəziyyət gərginləşir, sakinlər TƏXLİYƏ EDİLİR
20 fevral 2022 22:22 (UTC +04:00)

Vəziyyət gərginləşir, sakinlər TƏXLİYƏ EDİLİR

Bu gün axşam saatlarında Donbasın 53 mindən çox sakini Rusiya Federasiyası ərazisinə təxliyə edilib.

Lent.az Lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumta verib.

Çupriyayanın sözlərinə görə, onlar Moskva vaxtı ilə saat 19:00-a qədər sərhədi keçiblər. Donbassdan 142 avtobusla Rostov vilayətindəki müvəqqəti yaşayış məntəqəsinə aparılıb.

Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edənin sözlərinə görə, tibbi yardım üçün 419 nəfər müraciət edib ki, onlardan 74-ü uşaqdır. Təxliyə edilənlərə psixoloji yardım da göstərilir. Çupriyanın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin psixoloqları 500 şəxsə kömək ediblər.

Çupriyayan qeyd edib ki, bu gün qaçqınların olduğu 6 qatar artıq Rostov vilayətindən başqa regionlara yola düşüb, daha 15 qatar isə sabah yola düşəcək

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Oxşar yazılar