Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.
Lent.az-ın məlumatına görə, bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu sadəcə, bir simvol deyil, bu, Ukraynaya dəstək üçün əsl jestdir: Rusiyanın Ukraynaya təcavüzünün 100-cü günündə Vatikanın Filateliya və Numizmatika İdarəsi Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxdı”, - deyə o bildirib.
Yuraş əlavə edib ki, sikkənin satışından əldə olunan gəlir (hər biri 50 avro dəyərində) Ukraynaya kömək üçün istifadə olunacaq.