Vaşinqtonda festivalda baş verən atışma zamanı 1 yeniyetmə ölüb, daha 3 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.
Öldürülən şəxsin 15 yaşı var. Xəsarət alanlardan ikisi mülki şəxs, digəri polis nəfəridir. Hadisə şəhərin mərkəzində icazəsiz keçirilən festivalda baş verib.