“Vaqner” özəl hərbi şirkəti yeni döyüşçülərin cəlb edilməsinin “qeyri-müəyyən dayandırıldığını” elan edib.
Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Vaqnerin Telegram kanalı məlumat yayıb.
“Vaqner özəl hərbi şirkətində böyük kadr ehtiyatının olması səbəbindən hazırda yeni əməkdaşların işə götürülməsinə təcili ehtiyac yoxdur. Bu səbəbdən regional işə qəbul mərkəzlərinin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılır” – məlumatda deyilir.