Vanqanın 2025-ci ilə dair ən dəhşətli  proqnozlarından biri gerçəkləşə bilər
17 may 2025 20:15 (UTC +04:00)

Vanqanın 2025-ci ilə dair ən dəhşətli proqnozlarından biri gerçəkləşə bilər

Bolqarıstanlı kor öncəgörən Baba Vanqa 2025-ci ildə genişmiqyaslı müharibənin olacağını proqnozlaşdırıb.

Lent.az xəbər verir ki, hazırda dünyada baş verənləri nəzərə alsaq, Vanqanın qarşıdan gələn münaqişə ilə bağlı proqnozu getdikcə daha çox ehtimal olunur. O, Avropada fəlakətli müharibənin başlayacağını iddia edib. Xüsusilə, Ukraynadakı münaqişə ilə bağlı gərginlik getdikcə artır.

Görücünün fikrincə, bu müharibə təkcə Avropa üçün deyil, bütün dünya üçün apokaliptik ola bilər. Vanqanın 2025-ci ilin yayı üçün olan ən parlaq öncəgörmələrindən biri Avropanın mərkəzində gözlənilməz siyasi dəyişikliklərdən bəhs edir. Guya o, “Avropa qitəsinin düz ürəyində eşidiləcək yeni bir səs, regionun gələcəyini dəyişəcək” ifadəsini işlədib. Bu, qəfil siyasi hərəkatı, yeni lideri və ya bütün Avropaya təsir edəcək gözlənilməz geosiyasi dönüşü ifadə edə bilər. Ekspertlər hələlik bu dəyişikliklərin episentri ola biləcək ölkənin hansı olduğunu yalnız ehtimal edirlər. Bəziləri bunun Almaniya və ya Polşa ilə bağlı ola biləcəyini düşünür, lakin dəqiq cavab yoxdur.

Vanqanın təbiət ünsürlərinə dair eyhamları da diqqəti özünə cəlb edir. O, bu yay dünyanın müxtəlif bölgələrinə təsir göstərə biləcək ekstremal hava hadisələri barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, 2025-ci ilin yayında bəşəriyyət “təbiətin qəzəbini” yaşaya bilər və bu, insanları oyadaraq fərqli şəkildə hərəkət etməyə vadar edəcək. Bu, daha intensiv istilik dalğaları, qasırğalar və ya qeyri-adi quraqlıqlar kimi hadisələrə açıq bir işarə ola bilər ki, nəticədə insanlıq təbiətə münasibətini yenidən nəzərdən keçirməyə məcbur qalacaq. Alimlər bu xəbərdarlıqlara ciddi yanaşırlar, xüsusilə də ekstremal iqlim hadisələrinin artması və artıq bizim reallığımızın bir hissəsinə çevrilməsi fonunda.

Vanqanın texnologiyalarla bağlı proqnozları da narahatlıq doğurur. O, 2025-ci ilin yayında “insanlar texnologiyanın təkcə dost deyil, həm də onların ən böyük düşməni olduğunu hiss edəcəklər” deyə eyham vurub. Bir çoxları bu öncəgörməni süni intellektin sürətli inkişafı ilə əlaqələndirirlər. Süni intellekt gündəlik həyatı asanlaşdıra bilsə də, şəxsi məlumatların təhlükəsizliyi, məxfiliyin qorunması və cəmiyyətin sabitliyi baxımından ciddi təhlükələr yarada bilər.

Qarşıdan gələn yay həm gündəlik həyata, həm də dünya üzrə geosiyasi vəziyyətə təsir edə biləcək hadisələrlə dolu və maraqlı olacağı vəd edilir. Vanganın xəbərdarlıqlarının gerçək olub-olmayacağını isə tezliklə görəcəyik.

Bundan əlavə, may ayında nadir planetlərin düzülüşündən danışan hindistanlı Svami Yoqeşvarananda Girinin videosu sosial şəbəkələrdə aktiv şəkildə yayılır. 

Bu astroloji hadisə Mahabharata zamanı müşahidə olunanlara bənzəyir.

Girinin  fikrincə, təxminən mayın 30-u üçün astroloji konfiqurasiya formalaşır. Altı planetin mövqeyi keçmişdə Mahabharata və ya digər böyük müharibələr zamanı baş vermiş eyni düzülmələrə bənzəyir. Bu, riyazi hesablamadır.

O, bu proqnozun şəxsi fikrə deyil, astronomik hesablamalara əsaslandığını da vurğulayıb:

"Bunlar düsturlardır. Onları özünüz yoxlaya bilərsiniz. Söhbət kiminsə sözündən deyil, riyaziyyatdan gedir".

Qeyd olunur ki, Baba Vanqa və Svami Yoqeşvaranandanın proqnozları təəccüblü şəkildə üst-üstə düşür. Vanqa Hindistan-Pakistan arasında bir neçə günlük müharibəni birbaşa qeyd etməsə də, bütün dünya üçün dağıdıcı müharibənin olacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5176

Oxşar yazılar