Kahramanmaraşda zəlzələlər zamanı Malatyada uçan binada ana və atasını xilas etməyə çalışarkən, Battalgazi rayonu Milli Təhsil İdarəsinin şöbə müdiri Mücahit Tunç həyatını itirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hakkaridən olan 2 uşaq atası Mücahit Tunç anası Halime və atası Kasım Tunçu çölə çıxarmaq üçün içəri girib.
Lakin yenidən baş verən zəlzələ ilə bina tamamilə dağılıb və Mücahit Tunç dağıntılar altında qalıb.
Xilasedici qruplarının dünən etdiyi işlərlə Mücahit Tunç, atası Kasım və anası Halime Tunçun cəsədləri tapılıb. Cəsədlərin yarılma əməliyyatlarından sonra bu gün Hakkariyə gətiriləcəyi bildirilib.