ÜST fövqəladə iclas çağırdı -  MEYMUNÇİÇƏYİNƏ GÖRƏ 
22 iyul 2022 02:11 (UTC +04:00)

ÜST fövqəladə iclas çağırdı -  MEYMUNÇİÇƏYİNƏ GÖRƏ 

0

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada meymunçiçəyinə yoluxmaların artmasından narahatlığını ifadə edib. 

Lent.az-ın xəbərinə görə, qurumun Fövqəladə hallar komitəsinin iclasında Qebreyesus mütəxəssislərin məsələ ilə bağlı rəylərini soruşub.

“Xəstəliyin yayılmasının yaxın və uzaq müddətdə ictimai səhiyyəyə təsirini qiymətləndirmək üçün sizin tövsiyələrinizə ehtiyacım var” – deyə Qebreyesus qeyd edib.

Komitənin iclası 6 saatdan çox davam etsə də, qəbul edilmiş qərarlar ictimaiyyətə açıqlanmayıb.
Son statistikaya görə, dünyanın 71 ölkəsində 15 300 nəfər meymunçiçəyinə yoluxub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1505

Oxşar yazılar