ÜST-dən  "omikron"  xəbərdarlığı
30 noyabr 2021 03:19 (UTC +04:00)

ÜST-dən "omikron" xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “omikron” ştammının bütün dünyada yayılması ehtimalının yüksək olması ilə bağlı xəbərdarlıq edib. 

Lent.az-ın xəbərinə görə, qurumun 194 üzv ölkəyə tövsiyəsində qeyd olunur ki, bəzi yerlərdə yoluxma sayının artması ciddi fəsadlara gətirib çıxara bilər. 

Bildirilir ki, “omikron”un çoxsaylı mutasiyaları var, onların bəziləri narahatlıq doğurur. Təşkilat üzv ölkələri vaksinasiya prosesini sürətləndirməyə çağırıb.

# 2244
avatar

Oxşar yazılar