Avropada bir neçə həftə ərzində koronavirusa yoluxma hallarının ümumi sayı 250 milyona çatacaq.
Lent.az xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Klüge proqnoz verib.
O, payızda yoluxmalarda yeni artım gözlənildiyini bildirib:
“Biz pandemiya ilə mübarizədə böyük nailiyyətlər əldə etdik. Lakin virus hələ də yayılmaqdadır, yenə də insanlar ona görə xəstəxanalara düşür, ölürlər – təkcə son bir həftədə təxminən 3 min ölüm qeydə alınıb. Bu, dünyada qeydə alınan ümumi rəqəmin təxminən üçdə birini təşkil edir”.
Klüge əksər ölkələrin, o cümlədən aşağı və orta gəlirli ölkələrin peyvəndləməyə davam etməsinə baxmayaraq, Avropanın bir çox yerlərində milyonlarla insan hələ də bu prosedurdan keçməyib.
O, həmçinin ölkələri imkan dairəsində qrip peyvəndini COVID-19 peyvəndi ilə birlikdə tətbiq etməyə çağırıb.