Uşaqların piramidalara girişi qadağan edildi  - SƏBƏB
13 iyun 2022 22:52 (UTC +04:00)

Uşaqların piramidalara girişi qadağan edildi  - SƏBƏB

0

Misir hökuməti 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara  baş çəkməsini qadağan edib. 

Lent.az xəbər verir ki, bu barədə “Egypt İndependent” nəşri məlumat yayıb. 

Hökumətdən bildirilib ki, 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara  baş çəkməsi qadağan olunur. Qərar iyuldan qüvvəyə minir. 

Misir mediasının məlumatına görə, tarixi məkanlarda azyaşlılara qarşı zorakılıq halları artdığı üçün hökumət belə bir qərar qəbul edib.   
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2160

Oxşar yazılar