Ukraynaya YÜZ MİLYONLARLA  hərbi yardım... - TƏCİLİ
26 fevral 2022 18:34 (UTC +04:00)

Ukraynaya YÜZ MİLYONLARLA hərbi yardım... - TƏCİLİ

0

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 350 milyon dollar dəyərində təcili hərbi yardımın edilməsinə icazə verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, E.Blinken bildirib ki, yardım paketinə daxil olan silahlar Ukraynanın quru və havadan edilən hücumlara qarşı mübarizə qabiliyyətini gücləndirəcək.

"Bu paket Ukraynaya hazırda üzləşdiyi zirehli, hava-desant və digər təhlükələri aradan qaldırmaq üçün əlavə ölümcül müdafiə yardımını əhatə edəcək. Bu, ABŞ-ın öz suveren, cəsur və qürurlu xalqını müdafiə edən ukraynalıların yanında olduğuna dair daha bir açıq siqnaldır" - deyə Blinken bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4445

Oxşar yazılar