Pentaqon son aylarda Ukraynaya təyyarədən daha çox gəmi ilə silah daşımağa üstünlük verir.
Lent.az-ın xəbərinə görə, bu barədə The Washington Post məlumat yayıb.
Nəşrin məlumatına görə, dəniz yolu ilə silah daşınmasına münaqişə başlayandan bir neçə həftə sonra start verilib. Sonrakı aylarda proses daha da intensivləşib. Dəniz yolu ilə əsasən ağır artilleriya daşınıb. Hava nəqliyyatı operativ olsa da, gəmilər daha böyük yük daşımağa imkan verir. Bu da Ukraynanın silah ehtiyatı yarada bilməsi üçün vacibdir.