Avropa İttifaqına üzv ölkələr Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə və onun oğlu Oleksandra sanksiya tətbiq edib.
Lent.az-ın xəbərinə görə, Avropa Şurasının yaydığı bəyanatda onların Ukraynanın təhlükəsizliyinə təhdid yaratdığı bildirilir.
2010-2014-cü illərdə Ukraynaya rəhbərlik edən Viktor Yanukoviç “məxməri inqilabla” hakimiyyətdən uzaqlaşdırlıb. 72 yaşlı siyasətçi hazırda Rusiyada yaşayır.
49 yaşlı Oleksandr Yanukoviç qanunsuz gəlir əldə etməkdə təqsirləndirilir. Hər 2 şəxsə viza məhdudiyyəti tətbiq edilib, Avropadakı hesablarının dondurulması qərara alınıb.