Üç gün ərzində ukraynalılar dörd “Bayraktar” pilotsuz uçan aparatının alınması üçün 600 milyon qrivna (20 milyon dollardan çox) toplayıblar.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bu, Sergey Pritulanın xeyriyyə fondu həyata keçirib. Bu barədə Sergey Pritula “Facebook”da məlumat verib.
Onun sözlərinə görə, 3 gündə 4 “Bayraktar” almaq üçün pul yığılıb.