Ukraynalı futbolçular himni oxumayan rusiyalı həmkarını döydülər
14 fevral 2023 11:07 (UTC +04:00)

Ukraynalı futbolçular himni oxumayan rusiyalı həmkarını döydülər

Rusiya və Ukrayna komandalarının futbolçuları Türkiyənin “Royal Seginus” otelində kütləvi dava ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, insident ötən gün axşam saatlarında baş verib. Ukraynanın “Minay” klubunun bir neçə nümayəndəsi Yaroslavl “Şinnik”inin rəhbərinə yaxınlaşaraq ondan Ukrayna himnini oxumasını tələb etməyə başlayıb. O, ukraynalılara küçəyə çıxmağı və “bir-bir” məsələni həll etməyi təklif edib. Münaqişə otel işçilərinin müdaxiləsi ilə dayandırılıb.

Bir müddət sonra Ukrayna klubunun bir neçə futbolçusu “Şinnik”in futbolçusu ilə eyni liftə düşüb və onu döyüblər. Lift çatanda aşağıda dayanan bir qrup yaroslavlı futbolçu ilə kütləvi dava başlayıb. Otelə polis və təcili yardım çağırılmalı olub.

Hazırda oteldə iki polis əməkdaşı və daimi olaraq əlavə mühafizəçilər fəaliyyət göstərir. Otelin özü dava ilə bağlı məlumatı təsdiqləsə də, “indi hər şey qaydasındadır”, deyə açıqlama verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar