Rusiya Qara dəniz Donanması Sevastopolda qərargah ərazisinə zərbə endirildiyini açıqlayıb.
Lent.az-ın xəbərinə görə, Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını bildirib.
Qeyd edilib ki, yaralılara zəruri tibbi yardım göstərilib.