Ukraynada avqustda futbol üzrə ölkə çempionatlarına başlanılması nəzərdə tutulur.
Lent.az-ın xəbərinə görə, bu barədə “Associated-Press” agentliyi Ukrayna Futbol Assosiasiyasının Prezidenti Andrey Pavelkoya istinadən məlumat yayıb.
Rusiyanın hücumu ilə əlaqədar fevralın 24-dən Ukraynada futbol oyunları dayandırılıb. Andrey Pavelko deyib ki, bununla bağlı Prezident Vladimir Zelenski ilə müzakirə aparıb. Onun sözlərinə görə, futbol güclü təsir vasitəsidir, insanlara gələcək barədə düşünməyə kömək edir: “Buna görə də Prezident Vladimir Zelenski ilə avqustda Ukraynada futbol çempionatının bərpa edilməsi barədə qərar qəbul etdik”.
Ukrayna Futbol Assosiasiyasının prezidenti kişilər arasında premyer-liqa, birinci və ikinci liqa, o cümlədən qadınlar arasında çempionatın bərpa edilməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Andrey Pavelko qəbul etdikləri qərar barədə FİFA Prezidenti Canni İnfantino və UEFA Prezidenti Aleksandr Çeferini məlumatlandırdığını də qeyd edib.