Ukraynadakı silahlar terrorçuların əlinə düşə bilər - AVROPOL
22 iyul 2022 01:12 (UTC +04:00)

Ukraynadakı silahlar terrorçuların əlinə düşə bilər - AVROPOL

0

Avropa polis təşkilatı Avropol Ukraynadan odlu silah qaçaqmalçılığı barədə məlumata malikdir. 

Lent.az xəbərinə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb. 

Qəzetə müsahibəsində qurumun rəhbəri Yan Op Qer Oort bildirib ki, qara bazarda Ukrayan mənşəli odlu silah və hərbi məhsulların ticarətinə rast gəlinir. 

Oort bildirib ki, Avropolun əməkdaşları ağır hərbi silahların bazara çıxarıldığına dair məlumata malikdirlər. Bu silahların terrorçuların əlinə düşməsi riski var. Ukraynanı tərk edən bəzi şəxslər özləri ilə odlu silah aparıblar. Avropaya keçirilmək üçün silah  və döyüş sursatlarının sərhəd zonalara gətirilməsi təhlükəsi var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1600

Oxşar yazılar