“Son sutkada Rusiyanın 6 təyyarəsi vurulub. İndiyə kimi isə məhv edilən təyyarə sayı 105-dir”.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib:
“Gün ərzində qarşı tərəfin 5 PUA-sı, 5 qanadlı raketi vurulub. Düşmənin məhv edilən hərbi təyyarələrinin sayı isə 100-ü keçib”.
O vurğulayıb ki, ruslar dinc şəhərləri bombalamaq istəyirdilər, lakin bu, onlar üçün məğlubiyyətlə başa çatdı.